Bank Of Baku

Azərbaycan Gömrük Əməkdaşlığı Komitəsinin VII iclasında iştirak edəcək

Azərbaycan Gömrük Əməkdaşlığı Komitəsinin VII iclasında iştirak edəcək
# 05 sentyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayının 8-9-da Bişkəkdə (Qırğızıstan) Asiya İnkişaf Bankının Orta Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində Gömrük Əməkdaşlığı Komitəsinin VII iclası keçiriləcək.
«APA-Economics»in məlumatına görə, görüşdə gömrük proseduraları və sənədləşməsinin sadələşdirilməsi, «vahid pəncərə» sistemi əsasında birgə gömrük nəzarətinin həyata keçirilməsi, məlumatların mübadiləsi, gömrük xidməti işinin avtomatlaşdırılması məqsədilə informasiya-telekommunikasiya texnologiyalarının tətbiqi, regional tranzitin inkişafı, gömrük qanun pozuntularının qarşısının alınması, risklərin idarə olunması və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Çin, Monqolustan, Əfqanıstanın gömrük orqanlarının rəsmiləri, həmçinin Asiya İnkişaf Bankının nümayəndə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR