Bank Of Baku

Asiya İnkişaf Bankı Bakıda hesabatlılıq mexanizmi ilə bağlı seminar keçirəcək

Asiya İnkişaf Bankı Bakıda hesabatlılıq mexanizmi ilə bağlı seminar keçirəcək
# 05 sentyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 12-də Asiya İnkişaf Bankı (AİB) Bakıda «AİB-in hesabatlılıq mexanizmi: Konsultasiya fazası və uyğunluq icmalı mərhələsi» mövzusunda seminar keçirəcək.
AİB-in Bakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, seminar bankın mütəmadi olaraq borcalan ölkələrdə keçirdiyi analoji diskussiyaların davamı kimi təşkil olunur. Müzakirələrdə hökumət rəsmiləri, icra orqanları, qeyri-hökumət təşkilatları (QHT), vətəndaş cəmiyyəti təşkilatları və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Bundan başqa, bankın mövcud siyasəti və proseduralarının pozulması halları ilə bağlı da məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, 2003-cü ildə yaradılan Hesabatlılıq Mexanizminin məqsədi AİB-in yardımı ilə həyata keçirilən layihələrin əks təsirlərinə məruz qalan tərəflərin öz fikirlərini səsləndirməsi və problemlərinin həll olunmasına nail olmaq uçun azad forum yaratmaqdır.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür və indəyədək bu beynəlxalq qurumdan 130 mln. dollardan artıq vəsait cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR