Bank Of Baku

Yanvar-avqust aylarında «AtaSığorta»nın daxilolmaları 5% azalıb

Yanvar-avqust aylarında «AtaSığorta»nın daxilolmaları 5% azalıb
# 05 sentyabr 2008 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin bu ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 2,709 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,51% azdır.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə həyata keçirdiyi ödənişləri isə 7,03% artaraq 388,837 min manata çatıb.
Qeyd edək ki, cari ilin 8 ayında «AtaSığorta»nın ümumi gəlirləri 3,412 mln. manat, xərcləri 2,516 mln. manat təşkil edib. Nəticədə, şirkət 896,263 min manat mənfəət əldə edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı cari ilin sentyabr ayının 1-nə 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR