Bank Of Baku

«Azərdəmiryolbank» 16 mln. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edir

«Azərdəmiryolbank» 16 mln. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edir
# 05 sentyabr 2008 15:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda bir sıra xarici maliyyə qurumu ilə 16 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit sazişi imzalayacaq. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin təşkilatçıları rolunda ABŞ-ın «Rosemount Global» Ticarət Maliyyə Fondu və Portuqaliyanın «Banif–Banco Internacional do Funchal S.A.» çıxış edəcək.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib ki, kredit müqaviləsinin bağlanması haqqında qərar «Azərdəmiryolbank»ın səhmdarlarının bu ilin may ayının 15-də keçirilən ümumi yığıncağında qəbul olunub: «Cəlb olunan vəsaitlər ticarətin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla da «Azərdəmiryolbank»ın xarici maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin həcmi 105 mln. manatı keçəcək. Ümumiyyətlə, son zamanlar bank biznesin maliyyələşdirilməsi məqsədi ilə ölkəyə xarici investisiyaların cəlb edilməsinə xüsusi əhəmiyyət verir. Belə ki, təkcə cari ildə bank Neft İxrac edən Ölkələr Təşkilatının Beynəlxalq İnkişaf Fondu (OFID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasından (ICD) və digər nüfuzlu maliyyə qurumlarından kreditlər cəlb edib».
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR