Bank Of Baku

Azərbaycan və Macarıstan iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır

Azərbaycan və Macarıstan iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır
# 08 sentyabr 2008 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Macarıstan Milli Assambleyasının sədri xanım Katalin Silinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Macarıstan arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə enerji, xidmət və digər sahələrdə Macarıstanla əməkdaşlığın inkişaf etdirilməsi üçün real imkanların olduğu və bu imkanlardan daha səmərəli istifadə edilməsinin hər iki ölkə üçün faydalı olacağı xüsusi vurğulanıb.
K.Sili bildirib ki, Macarıstan Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji, kənd təsərrüfatı, əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsində, həmçinin «Nabucco» layihəsinin reallaşmasında maraqlıdır. Bu ilin oktyabrında Macarıstanın Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının nəzərdə tutulduğu və bu addımın hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub. K.Sili Macarıstanda hökumətlərarası komissiyanın formalaşdırılması istiqamətində işlərin davam etdirildiyini və komissiyanın Macarıstan-Azərbaycan əlaqələrinin daha da intensivləşməsi baxımından vacibliyini vurğulayıb. Tərəflər iqtisadi əlaqələrin daha da genişlənməsi üçün hər cür dəstək göstərməyə hazır olduqlarını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR