Bank Of Baku

Dünya Bankı Azərbaycanda su və kanalizasiya sistemlərinin yenidən qurulmasına daha 260 mln. dollar kredit ayırıb

Dünya Bankı Azərbaycanda su və kanalizasiya sistemlərinin yenidən qurulmasına daha 260 mln. dollar kredit ayırıb
# 08 sentyabr 2008 08:06 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, kredit sazişlərini Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, DB tərəfindən isə bankın ölkə üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalayıblar. Bundan başqa, layihənin icraçı qurumları «Azərsu» Səhmdar Cəmiyyəti və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə layihə sazişləri imzalanıb.
Layihənin məqsədi Azərbaycanın regionlarında su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin, etibarlılığının və davamlılığının artırılmasından ibarətdir. Layihə çərçivəsində ölkənin 21 rayonunda (Dəvəçi, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Siyəzən, Ağsu, İsmayıllı, Ucar, Zərdab, Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı, Lerik və Naxçıvan MR-nın 5 rayonunda - Culfa, Ordubad, Sədərək, Kəngərli, Şahbuz) su təchizatı və kanalizasiya sistem və qurğularının yenidən qurulması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 410 mln. dollar təşkil edir və bu məbləğin 260 mln. dollarını DB qrupuna daxil olan IBRD və IDA-dan cəlb edilən kreditlər hesabına, 150 mln. dollar vəsait isə Azərbaycan hökumətinin layihədəki iştirak payı hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl 2007-ci ilin avqustun 17-də Azərbaycanla DB arasında «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – Birinci mərhələsi» layihəsi çərçivəsində 230 mln. dollar məbləğində kredit sazişi imzalanıb (Azərbaycan tərəfinin payı 80 mln. dollar) və bu sazişlə Azərbaycanın 22 rayonunda (Ağstafa, Biləsuvar, Xanlar, Goranboy, Quba, Oğuz, Qəbələ, Saatlı, Tovuz, Şamaxı və Zaqatala, Şamaxı, Abşeron, Hacıqabul, Qazax, Qax, Samux, Sabirabad, Şəmkir, Tərtər rayonları, Mingəçevir, Xırdalan şəhərləri və Naxçıvan MR-da Babək və Şərur rayonları) su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasının təmin edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu iki layihə üzrə ümumilikdə Azərbaycanın 43 rayonunda su və kanalizasiya sistemləri yenidən qurulacaq, yatırılacaq sərmayələrin ümumi həcmi isə 720 mln. dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR