Bank Of Baku

«Bank of Azerbaijan» nizamnamə kapitalını 2 dəfə artırır

«Bank of Azerbaijan» nizamnamə kapitalını 2 dəfə artırır
# 08 sentyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Azerbaijan» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edir.
Birja mütəxəssislərinin fikrincə, «Bank of Azerbaijan»ın səhmlərinin yerləşdirilməsinə artıq sentyabr ayında başlanacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 2 dəfə artaraq 20 mln. manata çatacaq.
Qeyd edək ki, bu ilin iyul ayının 1-nə «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, nizamnamə kapitalı isə 10 mln. manat təşkil edib.
Xatırladaq ki, «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 18 filialı, 15 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR