Bank Of Baku

Azərbaycanda banklar əsasən qeyri-real sektorun kreditləşməsi ilə məşğuldur

Azərbaycanda banklar əsasən qeyri-real sektorun kreditləşməsi ilə məşğuldur
# 08 sentyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sektoru tərəfindən ayrılan kreditlərin əsas hissəsi istehlak kreditlərinin payına düşür. Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, hazırda bu göstərici 35,6% təşkil edir. Ümumilikdə, Azərbaycanda bank kreditləşməsini real (istehsal) iqtisadiyyata aid olmayan kimi qiymətləndirmək mümkündür. Çünki kreditlərin ümumi strukturunda yüksək xüsusi çəkiyə malik olan ikinci seqment (24,3%) ticarət və xidmətlər sahəsidir. Sənaye və istehsal sektoruna isə banklar tərəfindən kreditlərin yalnız 6%-i yönəldilib:

Qeyd edək ki, bank kreditlərinin müştərilərin təmsil olunduğu sahələr üzrə strukturu davamlı xarakter daşıyır. Müqayisə üçün bildirək ki, 2008-ci ilin əvvəlinə olan məlumata əsasən, istehlak və ticarət və xidmət seqmentlərinə ayrılan ssudaların ümumi kreditləşmədə xüsusi çəkisi 60,7%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR