Bank Of Baku

«Xalq Sığorta» ilin sonunadək iki regional filial açacaq

«Xalq Sığorta» ilin sonunadək iki regional filial açacaq
# 08 sentyabr 2008 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» şirkəti bu ilin sonuna kimi ölkə ərazisində iki yeni filial açacaq.
Şirkətin hüquqi təşkilati şöbəsinin müdiri Gülnarə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, yeni filialların birinin Gəncə, ikincisinin isə Mingəçevir şəhərində açılması planlaşdırılır.
Qeyd edək ki, hazırda şirkətin 1 filialı (Bakı) fəaliyyət göstərir.
Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyətə başlayıb. Bu ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,41 mln. manat, ödənişləri isə 0,75 mln. manat olub. Şirkətin respublika üzrə ümumi sığorta daxilolmalarında xüsusi çəkisi 5,53%, ödənişlərdə isə 3,41% təşkil edib. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 14,78 mln. manatdır. Şirkət 23 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR