Bank Of Baku

Sentyabrın sonunadək Bakıdakı bütün poçt şöbələrində kommunal ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi tətbiq ediləcək

Sentyabrın sonunadək Bakıdakı bütün poçt şöbələrində kommunal ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi tətbiq ediləcək
# 08 sentyabr 2008 13:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin sentyabr ayının sonuna kimi Bakıdakı bütün poçt şöbələrində Azərbaycan Milli Bankının kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi (APUS) tətbiq ediləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsindən «APA-Economics»ə verilən məlumata görə, kommunal xidmət haqlarının (elektrik enerjisi, qaz və su) ödənişlərinin vahid bazasını yaratmağı nəzərdə tutan bu sistem poçt şöbələrində cari ilin iyulun 11-dən tətbiq edilməyə başlanılıb. Artıq Bakıdakı 128 poçt şöbəsinin 80-ə yaxınında APUS tətbiq edilir. Paytaxtın poçt şöbələri bu şəbəkəyə qoşulduqdan sonra proses Abşeron, Sumqayıt, daha sonra isə rayon mərkəzlərinin poçt şöbələrində davam etdiriləcək. Poçt şöbələri APUS-a «AzDATACom» şəbəkəsi vasitəsilə qoşulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR