Bank Of Baku

Azərbaycan Mikromaliyyəşdirmə Bankı adını dəyişdi

Azərbaycan Mikromaliyyəşdirmə Bankı adını dəyişdi
# 08 sentyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyəşdirmə Bankı (AMMB) bu gündən etibarən brendini «AccessBank»a dəyişib.
«AccessBank»dan «APA-Economics»ə verilən məlumata görə, brendin dəyişdirilməsi ilə bağlı icazə Azərbaycan Milli Bankı tərəfindən bu gün verilib.
Qeyd edək ki, yeni brend bankın təsisçilərindən olan «AccessHolding»in adından götürülüb. Bu maliyyə qurumu bankın kapitalında 16,53% iştirak payına malikdir.
Xatırladaq ki, AMMB 2002-ci ildən fəaliyyət göstərir. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR