Bank Of Baku

Azərbaycanda paylı investisiya fondları kommersiya bankları ilə ciddi rəqabət para bilər

Azərbaycanda paylı investisiya fondları kommersiya bankları ilə ciddi rəqabət para bilər
# 08 sentyabr 2008 15:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) hazırladığı «İnvestisiya fondları haqqında» qanun layihəsini baxılmaq üçün Prezidentin İcra Aparatına göndərilib. Prezident Administrasiyası isə hazırda sənədlə bağlı müvafiq dövlət qurumlarının rəylərini toplayır.
QKDK-dan «APA-Economics»ə verilən məlumata əsasən, «İnvestisiya fondları haqqında» qanun investisiya fondların fəaliyyəti üçün tələb olunan əsas hüquqi sənəddir. Qanun layihəsinə investisiya fondlarının iki növü - səhmdar və paylı investisiya fondlarının fəaliyyəti haqqında müddəalar daxildir. Qeyd edək ki, hazırda inkişaf edən bazarlarında əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb.
Qeyd edək ki, PİF-lərin fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif maliyyə və digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir. Bu halda investor öz qazancını ona məxsus olan payın PİF-ə geri satışından (qaytarılmasından) əldə edir.
Onu da vurğulamaq vacibdir ki, Azərbaycanda investisiya fondları tərəfindən sərmayə qoyula biləcək istiqamət və alətlərin geniş olması nəzərdə tutulur. Yəni, bu yalnız qiymətli kağızlar deyil, digər aktivlər də ola bilər. Qanun layihəsində investorların hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirilir.
Ekspertlər hesab edirlər ki, PİF-lərə yatırılan investisiyalar bank depozitlərinin alternativi olduğuna görə, bu fondlara qoyulan sərmayələr hətta bank depozitlərinin həcminə çatacaq. Çünki PİF-lərin payları üzrə illik gəlirlik 60-80% və hətta bundan da artıq ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR