Bank Of Baku

«BP-Azerbaijan» ilə İqtisadi İnkişaf Nazirliyi arasında anlaşma memorandumu imzalanıb

«BP-Azerbaijan» ilə İqtisadi İnkişaf Nazirliyi arasında anlaşma memorandumu imzalanıb
# 08 sentyabr 2008 15:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında «Makroiqtisadi idarəetmə və institusional islahatlarla bağlı məsləhət proqramı»nın həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi yüksək iqtisadi inkişafın idarə edilməsi, makroiqtisadi sabitliyə nail olunması və səmərəli struktur islahatlarının həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinə yardım göstərməkdir. Bu yardım əsasən iqtisadi sahədə məsləhətlərin verilməsi və iqtisadi siyasətin doğru istiqamətdə aparılması üçün texniki baxımdan səlist təhlillərin edilməsi yolu ilə həyata keçiriləcək.
Ümumiyyətlə, layihə İqtisadi İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına və Azərbaycanda davamlı iqtisadi inkişafa yönəlmiş prosesləri planlaşdırmaq, həyata keçirmək və nəzarət altında saxlamaq qabiliyyətinin artırılmasına dəstək vermək üçün nəzərdə tutulub. Bu layihə həm də struktur islahatların planlaşdırılması və həyata keçirilməsi proseslərinə aparıcı beynəlxalq məsləhət xidmətləri vasitəsilə əsaslı tövsiyələrin verilməsini və köməklik göstərilməsini təmin edəcək.
Qeyd edə ki, layihənin müddəti iki ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR