Bank Of Baku

«Xalq Sığorta» şirkəti kreditlərin sığortasına başlayıb

«Xalq Sığorta» şirkəti kreditlərin sığortasına başlayıb
# 09 sentyabr 2008 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» şirkəti «Kreditlərin sığortası» xidmət növünün tətbiqi ilə bağlı Maliyyə Nazirliyindən icazə alıb.
Şirkətin hüquqi təşkilati şöbəsinin müdiri Gülnarə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, bu yeni məhsul növü ipoteka, orta və iri həcmli kreditlərin sığortalanmasını nəzərdə tutur. Kreditlərin sığortalanmasında isə minimal və maksimal məbləğ məhdudiyyəti nəzərdə tutulmayıb.
Xatırladaq ki, «Xalq Sığorta» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,41 mln. manat, ödənişləri isə 0,75 mln. manat olub. Şirkətin respublika üzrə toplanmış ümumi sığorta daxilolmalarında xüsusi çəkisi 5,53%, ödənişlərdə isə 3,41% təşkil edib. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 14,78 mln. manatdır. Şirkət 23 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR