Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 29,2%-ə çatıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 29,2%-ə çatıb
# 09 sentyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2008-ci il avqust ayı ərzində Azərbaycanda inflyasiyanın alternativ hesablanmasının nəticələrini açıqlayıb.
«APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, bu ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,02%, o cümlədən Bakıda 0,91%, regionlarda isə 1,13% təşkil edib.
Əmtəə qrupları üzrə ən yüksək inflyasiya ərzaq məhsulları üzrə (1,17%) qeydə alınıb. Tədqiqat aparılan dövr ərzində qeyri-ərzaq məhsulları üzrə inflyasiya 0,76%, xidmət sektorunda isə 0,96% təşkil edib.
Bu ilin yanvar-avqust aylarında isə inflyasiyanın səviyyəsi 16,76%, son bir ildə isə illik inflyasiya 29,20% olub.
Aparılan tədqiqat göstərib ki, bu ilin avqust ayında ən çox bahalaşma ərzaq məhsulları sırasında şəkər tozu (18,4%), meyvə şirəsi (7,94%), şəkər (7,73%), günəbaxan və qarğıdalı yağı (4,19%), qeyri-ərzaq məhsullarından oyuncaq maşınlar (2,57%), məktəblilər üçün çantalar (2,22%), laminat parket (0,98%), xidmət sahəsində çilingər xidmətləri (7,31%), mebel və digər əmlakın daşınması xidmətləri (6,77%), ölkə ərazisində istirahət mərkəzlərində dincəlmək (5,65%) xidməti olub.
Bununla yanaşı bildirilir ki, ən çox ucuzlaşma ərzaq məhsulları qrupunda xiyar üzrə (7,80%), toyuq yumurtası (5,79%), buğda unu (5,165), sümüklü mal əti (0,97%), sümüklü qoyun əti üzrə (0,92%) təşkil edib.
Q.İbadoğlunun sözlərinə görə, regionlar arasında ən çox bahalaşma Şəkidə (2,85%), ən az bahalaşma isə Bakı şəhərinin Nərimanov rayonunda (0,40%) qeydə alınıb.
Qeyd edək ki, İTM «Alternativ inflyasiya metodologiyasının işlənməsi Layihəsi»nin icrasına 2007-ci ildə başlayıb. Layihənin maliyyə yardımı əvvəllər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən həyata keçirilib, hazırda isə bu yardımı Açıq Cəmiyyət İnstitutunun Budapeşt Fondu davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR