Bank Of Baku

Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı ictimai müzakirələr keçirilib

Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı ictimai müzakirələr keçirilib
# 09 sentyabr 2008 15:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycanda əhalinin SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması problemi ilə bağlı ictimai müzakirələr keçirib. «APA-Economics»in məlumatına görə, Açıq Cəmiyyət İnstitutu-Yadım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu araşdırma xarakterli layihənin icrasına bu ilin avqust ayının 1-də başlanılıb.
Layihənin rəhbəri Rufiz Qonaqovun sözlərinə görə, sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı Milli Məclisin hər bir deputatına müraciətlər edilib: «Məqsədimiz ondan ibarətdir ki, bu aktual məsələnin həllini bir qədər sürətləndirək. Çünki yaşlı nəslin gözləmək imkanı yoxdur, bir qismi isə artıq dünyasını dəyişib. Ona görə, köhnə əmanətlərin qaytarılması msələsi olduqca vacib və zəruri məsələdir».
R.Qonaqov bildirib ki, əvvəllər bu bank əmanətlərinin indeksasiyasının aparılması üçün 1 rubl 1 ABŞ dolları ekvivalentində əsas kimi götürülüb. Lakin sonrada bu nisbət ətrafında ciddi diskussiyalar aparılıb və yekun qərar hələ də müəyyənləşməyib: «Bu məqsədlə təşkilatımız Rusiya və Ukrayna təcrübəsi üzrə araşdırmalar aparır».
İqtisadçı ekspert Vüqar Bayramov isə sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesinin mərhələlərlə həyata keçirilməsini daha məqsədə uyğun sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR