Bank Of Baku

Gələn həftə Azərbaycana KfW bankının eksperti gələcək

Gələn həftə Azərbaycana KfW bankının eksperti gələcək
# 09 sentyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) təşkilati işlərinin icrası üzrə məsləhət xidmətlərinin göstərilməsi məqsədi ilə Almaniyanın KfW bankının eksperti Gerhard Vinberg növbəti həftə Bakıya gələcək.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, təxminən 3-4 gün davam edəcək səfər çərçivəsində almaniyalı ekspert qurumun Avropa Sığortaçılar İttifaqı və ya Beynəlxalq Sığortaçılar İttifaqına üzvlüyü, həmçinin fondun daxili prosedur qaydaları kimi məsələləri müzakirə edəcək.
Qeyd edək ki, ƏSF 2007-ci ilin avqustun 13-dən fəaliyyətə başlayıb. Hazırda quruma 38 bank təşkilatı daxildir ki, bunların birdəfəlik ödədiyi üzvlük haqqı 10 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR