Bank Of Baku

Azərbaycanın ikinci regional bankı fəaliyyətə başlayıb

Azərbaycanın ikinci regional bankı fəaliyyətə başlayıb
# 10 sentyabr 2008 10:54 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu - APA. Mərkəzi ofisi Azərbaycanın Naxçıvan şəhərində yerləşən «Naxçıvanbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) bu gün fəaliyyətə başlayıb.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu gün «Naxçıvanbank»ın baş ofisinin açılış mərasimi keçirilib. Bankın fəaliyyəti üçün yeni inzibati binada müvafiq iş şəraiti, ayır-ayrı bank əməliyyatlarının həyata keçirilməsi üçün bölmələr yaradılıb.
«Naxçıvanbank»da AZEL («Azərbaycan Elektronikası») şirkəti tərəfindən tərtb hazırlanmış «Progress» proqram təminatı da quraşdırılıb. Yeni yaradılan bankda Azərbaycandakı banklarda həyata keçirilən bank əməliyyatlarının əksəriyyəti aparılacaq.
Qeyd edək ki, ötən ay Azərbaycan Milli Bankı «Naxçıvanbank» ASC-yə bank lisenziyası verib.
Xatırladaq ki, «Naxçıvanbank» bu ilin may ayında Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Yeni kommersiya bankının nizamnamə kapitalı 10 mln. manat, səhmlərin ümumi sayı 1 mln. ədəd, bir səhmin nominal dəyəri isə 10 manat təşkil edir. «Naxçıvanbank» ASC-nin təsisçiləri rolunda 7 fiziki şəxs çıxış edir. Bunlar, Talıbov Vüqar İlqar oğlu (100 min səhm, 10%), Sultanova Sevil Rza qızı (100 min səhm, 10%), Abbasov Vüqar Zakir oğlu (300 min səhm, 30%), Emin Uçar Rəsul oğlu (Türkiyə vətəndaşı, 300 min səhm, 30%), Teymurov Vurğun Bəbir oğlu (50 min səhm, 5%), Əliyeva Tünzalə Meydan qızı (50 min səhm, 5%) və Talıbov Rza Vasif oğludur (100 min səhm, 10%). Bankın Müşahidə Şurasının üzvləri kimi Mircavadova Xuraman Abbas qızı, Kazımov Vasif Əli oğlu və Babayev Əlidadaş Adil oğlu qeydiyyata alınıb. «Naxçıvanbank»ın baş ofisi Naxçıvan şəhəri, N. Əliyev küçəsi,3 ünvanında yerləşir.
Bu, Azərbaycanda baş ofisi bölgədə yerləşən ikinci bank təşkilatıdır (Gəncə şəhərində «Gəncəbank» SKB fəaliyyət göstərir).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR