Bank Of Baku

«Parabank» əmanətlər üzrə yeni xidmət təklif edir

«Parabank» əmanətlər üzrə yeni xidmət təklif edir
# 10 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştəriləri üçün multivalyuta əməliyyatları üzrə xidmət göstərməyə başlayıb.
«Parabank»dan «APA-Economics»ə verilən məlumata əsasən, bu əməliyyatlar əmanətçilər tərəfindən əmanətin bir valyutadan digər valyutaya keçirilməsi üçün nəzərdə tutulub. Vəsaitlərin konvertasiyası məhdudiyyətsiz və bütün əmanət dövründə aparıla bilər.
Beləliklə, yeni xidmətin əsas məqsədi əmanətin saxlanıldığı valyutanın məzənnəsinin düşməsi və ya digər səbəblərə görə vəsaitlərin başqa bir valyutaya itkisiz keçirilməsidir. Yəni, depozit sahibi vəsaitlərini başqa bir valyutada yerləşdirilməsi üçün artıq depozitin müddətinin bitməsini gözləməməli, müqaviləni vaxtından əvvəl pozmalıdır və bu səbəbdən də hesablanmış faizlər itirilmir.
Lakin nəzərə almaq lazımdır ki, «Parabank» ASC-də valyutanın növündən asılı olaraq əmanətlər üzrə faiz dərəcələri müxtəlifdir və buna görə, multivalyuta əməliyyatı aparıldıqdan sonra müştərinin yeni depoziti üzrə gəlirlik yeni seçilmiş valyutada olan əmanətlərə müvafiq hesablanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR