Bank Of Baku

Oktyabrda «Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı keçiriləcək

Oktyabrda «Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı keçiriləcək
# 10 sentyabr 2008 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 7-də «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda bu ilin əvvəlində lisenziyası dayandırılmış şirkətin öhdəliklərinin həyata keçirilməsi və sığorta portfelinin satılması üçün səhmdarlar tərəfindən konkret tədbirlərin görülməsi, ləğv olunma ilə bağlı müvafiq komissiyasının yaradılması, həmçinin cəmiyyətin gələcək fəaliyyət planı müzakirə ediləcək.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Qeyd edək ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» şirkəti 1997-ci ildən fəaliyyət göstərib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR