Bank Of Baku

Azərbaycan gömrükçüləri 10 kq narkotik vasitə müsadirə ediblər

Azərbaycan gömrükçüləri 10 kq narkotik vasitə müsadirə ediblər
# 10 sentyabr 2008 12:15 (UTC +04:00)
Bakı – APA. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları daha bir narkotik qaçaqmalçılığını qarşısını alıblar. DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin sərhəd-yük keçid məntəqəsinin gömrük nəzarəti zonasında İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından gələn Azərbaycan vətəndaşı Cəfərov Arif Qasım oğlunun idarə etdiyi “KamAZ” markalı, 85 BP 762 dövlət nömrə nişanlı yük avtomobilinə baxış zamanı, avtomobilin yanacaq çənində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd odsöndürənin içində ümumi çəkisi 10025 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR