Bank Of Baku

«Azərdəmiryolbank» ilin əvvəlindən aktivlərini 41% artırıb

«Azərdəmiryolbank» ilin əvvəlindən aktivlərini 41% artırıb
# 10 sentyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» ASC-nin aktivlərinin həcmi cari ilin sentyabr ayının 1-nə 208,47 mln. manat təşkil edib ki bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 41,4% çoxdur.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin həcmi yanvar-avqust ayları ərzində 64,1% artaraq sentyabrın əvvəlinə 172,27 mln. manata çatıb.
Hesabat dövründə bankın öhdəlikləri 47,4% artaraq 174,34 mln. manat təşkil edib. Bundan müştərilərin depozitləri 51,59 mln. manata, maliyyə sektoru qarşısında öhdəliklər isə 104,5 mln. manata bərabər olub.
Nəticədə, cari ilin ilk 8 ayında «Azərdəmiryolbank» ASC 39,1 mln. manat həcmində gəlir əldə edib, xərcləri isə 31,4 mln. manat olub. Beləliklə, bankın balans mənfəəti 7,72 mln. manat, xalis mənfəəti 5,98 mln. manat təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən «Azərdəmiryolbank»ın məcmu kapitalı 17,1% artaraq sentyabrın 1-nə 34,13 mln. manat təşkil edib və bunun 13,4 mln. manatı ödənilmiş nizamnamə kapitalının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR