Bank Of Baku

Yanvar-iyul aylarında Azərbaycanda nağd dollarla aparılan mübadilə əməliyyatlarının həcmi 18% artıb

Yanvar-iyul aylarında Azərbaycanda nağd dollarla aparılan mübadilə əməliyyatlarının həcmi 18% artıb
# 10 sentyabr 2008 15:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ABŞ dolları üzrə nağd valyuta bazarın həcmi 2 687 256,5 min təşkil edib. Bu isə ötən lin analoji 7 aylıq göstəricisinə nisbətən 18,1% çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu məbləğin 777 060,1 min dolları alış əməliyyatları, 1 910 196,4 min dolları isə satış əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycanda həmçinin avro, rubl və funt sterlinq ilə də nağd əməliyyatlar aparılıb, lakin bu valyutalar üzrə nağd sövdələşmələrin həcmi ABŞ valyutası ilə müqayisədə xeyli az olub. Belə ki, cari ilin yanvar-iyul aylarında avro üzrə nağd bazarın dövriyyəsi 370 068,2 min avro (alış - 25 537,0 min, satış 344 531,2 min avro), rubl üzrə - 460 142,1 min rubl (alış - 390 142,4 min rubl, satış 69 999,7 min rubl), funt sterlinq üzrə isə 3 560,0 min funt (alış – 304,9 min funt, satış - 3 255,1 min funt) təşkil edib.
Qeyd edək ki, dollar üzrə nağd valyuta bazarında orta ölçülmüş məzənnə 0,8344 manat, avro üzrə 1,2793 manat, rubl üzrə 0,0347 manat və funt üzrə 1,6600 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, dollar üzrə nağd əməliyyatlarının həcmi 2007-ci ildə 4 513 103,0 min dollar, o cümlədən alış əməliyyatları 1 335 173,3 min dollar, satış - 3 177 929,7 min dollar təşkil edib. Göründüyü kimi, bu ilin ilk 7 ayı ərzində qeydə alınan alış-satış əməliyyatlarının həcmi ötən ilin ümumi göstəricisinin 60%-nə bərabərdir.
Xatırladaq ki, 2007-ci il ərzində nağd dollarla aparılan əməliyyatların həcmi 2006-cı ilin analoji göstəricisini 66,3% üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR