Bank Of Baku

Azad İqtisadiyyata Yardım Mərkəzi: «Azərbaycanda dövlət investisiyaları haqqında məlumatlara çıxış imkanları getdikcə məhdudlaşır»

Azad İqtisadiyyata Yardım Mərkəzi: «Azərbaycanda dövlət investisiyaları haqqında məlumatlara çıxış imkanları getdikcə məhdudlaşır»
# 11 sentyabr 2008 10:48 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanda Milli Büdcə Qrupu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ilə birgə «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirib.
«APA-Economics»in məlumatına görə, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, Milli Büdcə Qrupunun əsas missiyası büdcə xərcləmələri üzərində ictimai nəzarəti həyata keçirmək və bu nəzarəti eyni zamanda ictimai marağa çevirməkdir.
Q.İbadoğlu bildirib ki, əgər ötən il təsdiq olunmuş dövlət büdcəsində təxminən 2,8 mlrd. manatlıq xərclər nəzərdə tutulurdusa, artıq bu ilin birinci yarısında yeni büdcə üzrə təsdiq edilmiş həmin vəsait 4,4 mlrd. manatadək artırılıb ki, bu da Azərbaycan dövlət büdcəsinin 2008-ci il nəzərdə tutulan xərclərinin 40%-i qədəridir: «Hazırda Azərbaycanın dövlət xərcləmələri ümumi daxili məhsulun 20%-m həcmindədir və bu, kifayət qədər böyük xərcləmələrdir. Sadəcə olaraq bizi narahat edən əsas məsələ odur ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər təyinatı üzrə, ünvanlı olaraq, əsaslandırılmış və səmərəli formada xərclənsin.
Daha sonra Azad İqtisadiyyata Yardım Mərkəzinin İdarə Heyətinin sədri Zöhrab İsmayılov «Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri» mövzusunda çıxış edib.
Z.İsmayılovun fikrincə, büdcə investisiyaları sahəsində özünü qabarıq göstərən problemlər, bu sahədə şəffaflığın təmin olunmaması, dövlət investisiyaları sahəsində bu il üçün xarakterik problemlər hələ də mövcuddur.
Z.İsmayılovun sözlərinə görə, dövlət investisiyaları sahəsində uzunmüddətli proqram yoxdur, məqsəd məlum deyil. Cari ilin layihələri hətta əvvəlki ilin büdcə qanunu təsdiqlənərkən planlaşdırılmır. Növbəti ilin büdcə zərfinə daxil edilən dövlət investisiya layihələrinin siyahısı sonradan Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarla kəskin fərqlənir. Eyni zamanda dövlət investisiya layihələrinə bircə də olsa bələdiyyə orqanı cəlb edilməyib: «Həmçinin, məlumatlara çıxış imkanları da məhduddur və imkan get-gedə azalır. Dövlət investisiyaları sahəsində problemlər beynəlxalq maliyyə institutları üçün də adiləşməkdədir», - deyə Z.İsmayıl bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR