Bank Of Baku

Azərbaycanın daxili valyuta bazarında 13,9 mlrd. dollar satılıb

Azərbaycanın daxili valyuta bazarında 13,9 mlrd. dollar satılıb
# 11 sentyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-iyul ayları üzrə göstəriciyə görə, Azərbaycanda daxili valyuta bazarının həcmi 15 710 708 900 manat təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisindən 94,9% çoxdur. Cari ilin 7 aylıq göstəricisi 2007-ci ilin göstəricisinin 104%-ni təşkil edir.

Azərbaycan Milli Bankından “APA-Economics”ə verilən məlumata əsasən, daxili valyuta əməliyyatlarının əsas hissəsi ABŞ dollarının payına düşür.

Beləliklə, 7 ay ərzində daxili valyuta bazarında 13 903 165 200 dollar məbləğində ABŞ valyutasının alqı-satqı əməliyyatı aparılıb. Bunların əsas hissəsi bankdaxili mübadilə əməliyyatların payına düşür: bu əməliyyatların həcmi 9 412 857 600 dollar təşkil edib ki, onun da 5 663 107 600 dolları alış, 3 749 750 600 manat isə satışların payına düşür.

Daxili valyutanın digər seqmentlərində aşağıdakı göstəricilər müşahidə olunub: Birja elektron sistemində ticarət – 1 634 024 000 dollar, açıq banklararası valyuta bazarında isə 2 856 283 600 dollar.

Dollar üzrə daxili valyuta əməliyatlarının istiqamətlər üzrə bölünməsi də maraqlı nəticələr ortaya çıxarıb. Beləliklə, 6 337 972 500 dollar həcmində əməliyyatlar müştərilərin tapşırığı ilə aparılıb, 1 188 659 500 dollar məbləğində əməliyyat isə valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə aparılıb. 1 043 290 500 dollar məbləğində - mübadilə məntəqələri üçün, 225 817 900 dollar məbləğində - kreditlərin ödənilməsi üçün, 25 731 900 dollar məbləğində - digər banklara depozitlərin qaytarılması məqsədi ilə və 6 683 684 900 dollar məbləğində isə digər məqsədlərlə əməliyyatlar aparılıb:




Qeyd edək ki, digər məqsədlərlə aparılan əməliyyatlar bölümünə çox sayda olan bank əməliyyatları, xidmətləri və köçürmələri aiddir.

Cari ilin 7 ayı üzrə daxili valyuta bazarının həcmi ÜDM-mə nisbətdə 68,3% təşkil edir. Bu Azərbaycan iqtisadiyyatının valyutalaşmasının yüksək səviyyəsində olmasını göstərir.

Qeyd edək ki, 7 ay ərzində xarici ticarətin həcmi 20,572 mlrd. dollar təşkil edib ki, onun da 17,5 mlrd. dollarını ixrac əməliyyatları təşkil edir. Öz növbəsində bu əməliyyatların da əsas hissəsi neftin payına düşür.

Neftdən gələn gəlirlərin əsas hissəsinin daxili valyuta bazarında iştirak etməməsini nəzərə alsaq, o zaman görərik ki, bu bazarda yalnız xarici ticarətdən olan idxal, qeyri-neft sahələrə aid olan ixracın hissəsi və neft gəlirlərinin bir hissəsi iştirak edir. Xarici ticarətdən olan idxal isə 3,1 mlrd. dollar təşkil edir.

Nisbi hesablamar onu göstərir ki, daxili valyuta bazarının təxminən yarısı xarici ticarətlə bağlı deyil, bu da iqtisadiyyatın, istehlak bazarının və digər sahələrdə xarici valyutanın rolunun hələ də yüksək səviyyədə olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR