Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, həmin yerləşdirmə yeni üsulla keçirilib. Belə ki, yəni Milli Bank tərəfindən bu dəfə emissiyanın həcmi deyil, notların qiyməti elan olunub – 99,15% (gəlirlik – 11,02%). Xatırladaq ki, sentyabrın 3-də eyni üsulla keçirilən yerləşdirməni o qədər də uğurlu adlandırmaq olmaz. Həmin hərracda yalnız 504 min manat məbləğində notlar satılıb.
Beləliklə, Milli Bank notların yerləşdirmədə yeni üsulu tətbiq etməyə çalışır. İndiki halda ortaya çıxan nəticə bankların likvidliyinin yüksək olmasını göstərir.
Sentyabrın 10-da isə 9 962 000 manat məbləğində notların ödəməsi aparılıb. Bununla notlar bazarının kapitalizasiyası 33 493 800 manatdan 53 531 800 manata qalxıb. Buna baxmayaraq, indi dövriyyədə olan notların həcmi 2007-ci ilin yanvarından ən minimal göstəricidir:
Mənbə: Milli Bank
Bu nəticə ilin əvvəlindən notlar bazarında dövriyyələrin kəskin azalmasının müşahidə edildiyini göstərir.
Qeyd edək ki, əsas azalma avqust ayında müşahidə olunub. Bu isə bank tərəfindən tələbatın aşağı düşməsi ilə bağlıdır. Avqustda hərraclara 100 mln. manat məbləğində notlar çıxarıldığı halda sifarişlərin həcmi yalnız 44 mln. manat təşkil edib.