Bank Of Baku

Azərbaycan Ümumdünya İqtisadi Forumun hazırladığı ölkələrin maliyyə reytinqində yer almayıb

Azərbaycan Ümumdünya İqtisadi Forumun hazırladığı ölkələrin maliyyə reytinqində yer almayıb
# 11 sentyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ümumdünya İqtisadi Forum hazırladığı ilk «Maliyyə İnkişafı üzrə Hesabat»ını açıqlayıb.
«APA-Economics»in məlumatına görə, hesabat 52 inkişaf etmiş və inkişaf edən ölkəni əhatə edir. Təşkilat qiymətləndirmə zamanı bu ölkələrin maliyyə sektorunun dünya və lokal bazarlara inteqrasiyası, təsiri, rolu və s. bu kimi amilləri əsas götürüb.
Qeyd edək ki, postsovet ölkələrdən siyahıda yalnız Rüsiya (36-cı yer), Qazaxıstan (45-ci yer) və Ukrayna (51-ci yer) yer alıb.
Ümumdünya İqtisadi Forum öz tədqiqatlarını bir sıra kriteriyalar üzrə aparıb. Bura maliyyə bazarının infrastrukturu, investisiya mühiti, tənzimləmənin keyfiyyəti, maliyyə resurslarının cəlb edilməsində asanlıq, bank sektorunun inkişafı və ölkə iqtisadiyyatında rolu, maliyyə institutlarının ÜDM-də iştirakı, dövlət tərəfindən maliyyə sektorunda aparılan islahatların prioritetliyi və s. aspektlər aiddir.
Hesabatın nəticəsində ölkələrin maliyyə inkişafı indeksləri (maksimal qiymət – 7 bal) hesablanıb:

Ölkə

Qiymət

1

United States

5.85

2

United Kingdom

5.83

3

Germany

5.28

4

Japan

5.28

5

Canada

5.26

6

France

5.25

7

Switzerland

5.23

8

Hong Kong

5.23

9

Netherlands

5.22

10

Singapore

5.15

11

Australia

4.98

12

Spain

4.90

13

Sweden

4.75

14

Ireland

4.72

15

Norway

4.66

16

United Arab Emirates

4.61

17

Belgium

4.56

18

Austria

4.55

19

Korea Rep.

4.55

20

Malaysia

4.48

21

Finland

4.45

22

Italy

4.38

23

Israel

4.14

24

China

4.09

25

South Africa

4.00

26

Kuwait

3.93

27

Saudi Arabia

3.90

28

Bahrain

3.89

29

Thailand

3.82

30

Chile

3.79

31

India

3.63

32

Panama

3.61

33

Hungary

3.53

34

Pakistan

3.46

35

Czech Republic

3.43

36

Russian Federation

3.40

37

Egypt

3.32

38

Indonesia

3.31

39

Turkey

3.30

40

Brazil

3.28

41

Poland

3.27

42

Slovak Republic

3.25

43

Mexico

3.21

44

Colombia

3.21

45

Kazakhstan

3.13

46

Peru

3.06

47

Argentina

3.04

48

Philippines

3.03

49

Vietnam

3.03

50

Nigeria

2.76

51

Ukraine

2.73

52

Venezuela

2.71



Forumun açıqlamasına əsasən, bir sıra inkişaf edən ölkələr, o cümlədən Latыn Amerikası dövlətləri maliyyə sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır, o cümlədən investisiya mühitinin yaxşılaşdırılması, bazarın infrastrukturunun inkişaf etdirilməsi baxımından və s.
Qeyd edək ki, Azərbaycanın hesabatda yer almaması labüddür. Çünki ilk növbədə Azərbaycanın maliyyə sektorunun, xüsusən də bank sektorunun real iqtisadiyyatda rolu çox azdır. Bununla yanaşı, maliyyə resurslarının cəlb edilməsində asanlıqdan söz gedə bilməz, çünki kreditləşmədə banklar tərəfindən irəli sürülən çox sərt tələblərə sahibkarların əksəriyyəti cavab vermir; bankların aktivlərində investisiyaların payı çox kiçikdir; kreditlərə alternativ ola bilən korporativ qiymətli kağızlar bazarı hələ də bu rolu oynamır; ümumilikdə, səhm bazarının likvidliyi 0 dərəcəsindədir; maliyyə bazarında faiz dərəcələrinin formalaşması Milli Bankın uçot dərəcəsindən və makroiqtisadi amillərindən deyil, subyektiv amillərdən asılıdır və s. Belə olan halda Azərbaycanın Ümumdünya İqtisadi Forumun Maliyyə İnkişafı üzrə Hesabatında yer almaması ölkədəki vəziyyətə tam adekvatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR