Bank Of Baku

«NBCBank» oktyabrda daha iki filial açacaq

«NBCBank» oktyabrda daha iki filial açacaq
# 11 sentyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayında daha iki filialını açmağa hazırlaşır.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin oktyabrında Sumqayıtda və Bakının Babək prospektində iki filialın açılması gözlənilir.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişərək «NBCBank» olub. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 34,659 mln. manat, kredit portfeli 26,915 mln. manat, depozit portfeli 6,727 mln. manat, məcmu kapitalı 15,020 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR