Bank Of Baku

«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb

«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb
# 11 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində şirkətin sığorta ödənişlərinin həcmi 2,3 dəfə artaraq 3,778 mln. manata çatıb.
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR