Bank Of Baku

«CredAgro» təşkilatı yanvar-avqust aylarında kredit portfelini 46% artırıb

«CredAgro» təşkilatı yanvar-avqust aylarında kredit portfelini 46% artırıb
# 11 sentyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının portfeli bu ilin sentyabr ayının 1-nə 38,536 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 46,2% çoxdur.
«CredAgro» təşkilatından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 50%-i biznesin inkişafına, 20%-i kənd təsərrüfatına və 30%-i istehlak sahələrinə ayrılıb. Məlumatda həmçinin bildirilir ki, bu ilin yanvar-avqust aylarında təşkilatın müştəri bazası 51,3% artaraq 13 min nəfərə çatıb.
Qeyd edək ki, «CredAgro» təşkilatı kreditləri illik 24-36% dərəcəsi ilə ayırır.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 11 filialı, 6 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR