Bank Of Baku

«KredoBank» bu il Azərbaycanda daha 5 filial açılacaq

«KredoBank» bu il Azərbaycanda daha 5 filial açılacaq
# 11 sentyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində yeni 5 filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Baratəli Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filialların ikisi Bakı şəhərində, üçü isə regionlarda açılacaq. Belə ki, bankın filial şəbəkəsinin Xaçmaz, İmişli və Bərdə rayonlarını əhatə edəcəyi gözlənilir. Bakıda isə filiallar Bülbül prospekti və Bayıl qəsəbəsində açılacaq.
«Xaçmaz və İmişli filiallarında təmir işləri artıq başa çatdırılıb və bu filialların fəaliyyətə başlaması ilə bağlı Azərbaycan Milli Bankına müraciət olunub. Bərdə filialının üçün isə yaxın günlərdə torpaq yerinin alınması gözlənilir», - deyə B.Piriyev bildirib.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 10 filialı fəaliyyət göstərir ki, bunun 5-i regionda, 5-i isə Bakıda yerləşir.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 26,130 mln. manat, kredit portfeli 19,357 mln. manat, depozit portfeli 4,017 mln. manat, məcmu kapitalı 14,351 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,640 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR