Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şərtlərə əsasən, manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16% təşkil edir və əmanətin məbləği ən azı 2000 manat (dollar), müddəti 36 ay, faizlərin ödənişi isə müddətin sonunda götürülməsi şərtləri ilə tətbiq olunur.
Cədvəldə əsas müddətlər üçün 2000 manat (dollar) və daha çox məbləğlər üzrə illik faiz dərəcələri göstərilir:
Əmanətin müddəti (ay) | Faizlər hər ay ödənildikdə | Faizlər müddətin sonunda ödənildikdə |
12 | 13.5% | 14.0% |
18 | 13.8% | 14.5% |
24 | 14.0% | 15.0% |
30 | 14.2% | 15.5% |
36 | 14.5% | 16.0% |
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak payına sahibdir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 330,7 mln. manat, kredit portfeli 221,6 mln. manat, depozit portfeli 138,6 mln. manat, məcmu kapitalı 34,1 mln. manat, nizamnamə kapitalı isə 12,6 mln. manat təşkil edib.