Bank Of Baku

«United Credit Bank»ın Sumqayıt filialı yeni ünvana köçüb

«United Credit Bank»ın Sumqayıt filialı yeni ünvana köçüb
# 12 sentyabr 2008 08:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) Sumqayıt filialı yeni ünvana köçürülüb. Bundan sonra filial Sumqayıtın 5-ci mkr-n, N.Nərimanov küçəsi,6/53 ünvanında fəaliyyət göstərəcək.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2006-cı ilin sonundan fəaliyyətə başlayan Sumqayıt filialı hüquqi və fiziki şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin qəbulu, biznes və istehlak kreditlərinin verilməsi, plastik kartların və digər ödəniş vasitələrinin buraxılması və onlarla əməliyyatların aparılması, məsləhət xidmətlərinin göstərilməsi, sürətli pul köçürmə və digər xidmətlər göstərir.
Bankın İdarə Heyətinin sədri Azad İsgəndərovun sözlərinə görə, filialın müştəri siyahısı 50-dək müəssisə və təşkilat, 300-dək fiziki şəxsi əhatə edir. Bu ilin yanvar-iyul aylarında filialın depozit portfeli 34%, kredit portfeli isə 21% genişlənib. «Belə yüksək artım tempi bir tərəfdən Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətlənməsi, digər tərəfdən isə bank tərəfindən müştərilərə göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin artması nəticəsində mümkün olub. Şəhər əhalisinin pul gəlirlərinin artması istehlak kreditlərinə olan tələbatın da ciddi şəkildə artmasına təsir göstərib. Belə ki, bankın Sumqayıt filialı tərəfindən bu ilin avqust ayının 1-nə müştərilərə verilmiş avtomobil kreditlərinin həcmi 920 min manat olub», - deyə A.İsgəndərov bildirib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin 30,878 mln. manat, kredit portfeli 21,134 mln. manata, depozit portfeli 6,553 mln. manat, məcmu kapitalı 13,416 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR