Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır
# 12 sentyabr 2008 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda aqrar sahəni maliyyələşdirəcək bankın yaradılması məqsədilə beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müzakirələr aparılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə də danışıqlar aparılır: «Burada söhbət yeni dövlət bankının yaradılmasından deyil, xüsusi mülkiyyət və xarici investisiyanın iştirakı ilə bankın yaradılmasından gedir. Xüsusilə də AYİB və Avropanın aqrar sektorunda fəaliyyət göstərən aparıcı banklarından birinin idarəetməyə daxil edilməsi nəzərdə tutulur. Sonra həmin qurumların da bankın mülkiyyətinə qatılmasına baxılacaq».
E.Rüstəmov əlavə edib ki, artıq AYİB-in bu layihədə iştirakı ilə bağlı qərarı var və yaxın günlərdə həmin qərar AMB-yə rəsmən təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR