Bank Of Baku

Azərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir

Azərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir
# 12 sentyabr 2008 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) 2008-ci ilin sonunadək təxminən 2 mlrd. ABŞ dolları həcmində manat intervensiyasını keçirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
E.Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən manatla pul kütləsinin artımı gözlənilən proqnozlardan aşağı olub. Qeyd edək ki, 2008-ci ilin ilk yarısında M2 pul aqreqatı 20,4%, 7 ayı ərzində isə 27% artıb.
E.Rüstəmov vurğulayıb ki, bazardan çıxarılacaq artıq valyuta kütləsinin dəqiq həcmi dövlət büdcəsinin xərclərindən asılı olacaq: «Hələ ki, dövlət büdcəsindən xərcləmə prosesi zəif gedir, biz daha yüksək templər gözləyirdik».
Qeyd edək ki, AMB tərəfindən manat intervensiyası dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxara bilər. E.Rüstəmovun sözlərinə görə, hazırda daxili bazarda müşahidə olunan dolların manata qarşı bahalaşması makroiqtisadi baxımından Azərbaycan üçün əlverişlidir, çünki bu tendensiya inflyasiyanın məhdudlaşdırılmasında müsbət rol oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR