Bank Of Baku

Azərbaycan paytaxtında IFC ilə «CredAgro» arasında 6 mln. dollarlıq kredit sazişi imzalanıb

Azərbaycan paytaxtında IFC ilə «CredAgro» arasında 6 mln. dollarlıq kredit sazişi imzalanıb
# 12 sentyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankı Qrupunun (WBG) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda fəaliyyət göstərən «CredAgro» qeyri-bank kredit təşkilatı arasında ümumi həcmi 10 mln. ABŞ dolları olan kreditin ikinci hissəsinin ayrılmasına dair saziş imzalanıb.
«APA-Economics»in məlumatına görə, ilkin olaraq IFC «CredAgro»ya 4 mln. dollar həcmində subordinasiya olunmuş 8 illik kredit ayırıb. Həmin vəsait sonradan «CredAgro»nun kapitalında iştirak payına konvertasiya oluna bilər.
Bu gün isə tərəflər arasında 6 mln. dollar həcmində 3 il müddətinə birinci dərəcəli kreditin ayrılmasına dair saziş imzalanıb. Kredit «CredAgro»nun mikro və kiçik sahibkarlığın maliyyələşdiriləməsini genişləndirmək strategiyasının dəstəklənməsi üçün ayrılıb. Bundan başqa, IFC «CredAgro»ya təşkilati potensialın artırılması üzrə məsləhət xidmətləri göstərəcək.
Qeyd edək ki, «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi bu ilin sentyabr ayının 1-nə 38,536 mln. manat təşkil edib. Kreditlərin 50%-i biznesin inkişafına, 20%-i kənd təsərrüfatına və 30%-i istehlak sahələrinə ayrılıb. Bu ilin yanvar-avqust aylarında təşkilatın müştəri bazası 51,3% artaraq 13 min nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 11 filialı, 6 köməkçi ofisi mövcuddur. «CredAgro» təşkilatı kreditləri illik 24-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR