Bank Of Baku

Azərbaycanın vergilər naziri Fazil Məmmədov: «Hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik»

Azərbaycanın vergilər naziri Fazil Məmmədov: «Hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik»
# 12 sentyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «bir pəncərə» qeydiyyat sistemi tətbiq olunandan – 2008-ci ilin yanvar ayından indiyədək 34 min sahibkar qeydiyyata düşüb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.
Nazirin sözlərinə görə, cari ildə hüquqi şəxslərin qeydiyyatı 2007-ci ilin müvafiq dövrünə nisbətən 40% artıb: «Hesab edirik ki, bu sahədə daha böyük irəliləyişə nail olacağıq».
Nazir bildirib ki, hazırda sistemdə müəyyən təkmilləşdirmə işləri aparılır: «Artıq nizamnamələrin təkmilləşdirilməsi həyata keçirilib. Sahibkarlar əvvəlki illərdə olduğundan fərqli, sadə nizamnamələrlə qeydiyyatdan keçməlidir».
F.Məmmədov onu da vurğulayıb ki, son illər görülən tədbirlər nəticəsində hesabatların tərtibi və göndərilməsi üçün sahibkarlara ayrılan vaxt 900 saatdan 300 saata enib: «Bu vaxtı daha da azaltmaq mümkündür. Biz hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR