Bank Of Baku

Azərbaycanda ƏDV-nin dərəcəsinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır

Azərbaycanda ƏDV-nin dərəcəsinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır
# 12 sentyabr 2008 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA-Economics. Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) dərəsinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

“Biz düşünürük ki, hazırkı dövrdə ƏDV aşağı salınmalıdır. Artıq Azərbaycanın iqtisadi potensialı buna imkan verir” - deyə, nazir vurğulayıb.

F.Məmmədov Azərbaycanda tətbiq olunan vergilərin azaldılmasının planda olmadığını bildirib. Bununla belə, F.Məmmədov hesab edir ki, vergilərin unifikasiyası mümkündür.

Nazir bildirib ki, 2009-cu ildə Vergi Məcəlləsinə adminstrativ və inzibati dəyişikliklərin edilməsi nəzərdə tutulur: «Hazırda hökumətlə vergi dərəcələri üzrə də müzakirələr gedir. Lakin indidən bu haqda bir söz deyə bilmərəm. Amma ciddi inzibati dəyişikliklərin edilməsi nəzərdə tutulur. O cümlədən də vergi hesabatlarının tərbibatının sadələşdirilməsi və s. məsələlərə geniş yer veriləcək».

Qeyd edək ki, hazırda Azərbaycanda ƏDV-nin dərəcəsi 18%-dir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu dərəcəni 15%-ə endirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR