Bank Of Baku

Vergilər naziri: “Vergi borcu olan dövlət qurumlarına «Azərenerji» və «Azəriqaz» başçılıq edir”

Vergilər naziri: “Vergi borcu olan dövlət qurumlarına «Azərenerji» və «Azəriqaz» başçılıq edir”
# 12 sentyabr 2008 12:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda vergi borcu olan əsas dövlət qurumları kommunal sektorda xidmət göstərən təşkilatlardır. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

Nazirin sözlərinə görə, əsas borcu olan təşkilatlar sırasında «Azərenerji» ASC, «Azəriqaz» QSC və s. var. Əvvəllər ən çox vergi borc olan Dövlət Neft Şirkəti isə bir neçə ildir ki, borclarını bağlayıb.

«Borclar kommunal sahədəki problemlərlə, yığımın aşağı olması və s. bağlıdır. Son vaxtlar yığımda baş verən artımla əlaqədar borclar aşağı düşür».

Vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldiyini də deyən nazir bu ilin sonuna qədər 10 rayonda vergi kompüter terminallarının yaradılacağını vurğulayıb. Bununla da Azərbaycanın regionlarında fəaliyyət terminalların sayı 25-ə çatacaq.

Qeyd edək ki, vergi-kompüter terminalları imzalanmış sazişə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən idarə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR