Bank Of Baku

Dünya maliyyə bazarında vəziyyətin dəyişməsi ilə bağlı Azərbaycan beynəlxalq kreditorlarla aparılan danışıqları korrektə edir

Dünya maliyyə bazarında vəziyyətin dəyişməsi ilə bağlı Azərbaycan beynəlxalq kreditorlarla aparılan danışıqları korrektə edir
# 12 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya bazarında konyunkturun dəyişməsi səbəbindən Azərbaycanda həyata keçirilən «Səngəçal-Qaradağ neft və qaz terminalının tikintisi Layihəsi» üzrə beynəlxalq təşkilatlarla aparılan danışıqlar korrektə edilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Anar Axundov bildirib.
A.Axundovun sözlərinə görə, çox güman ki, AİŞ layihənin maliyyələşdirilməsi üçün daxili resurslar axtaracaq: «Korrektənin aparılması o demək deyil ki, zavodun tikintisi dayandırılıb. Zavodun səhmdarlar tərəfindən qoyulan maliyyə vəsaiti var və məhz bunun hesabına tikinti işləri davam etdirilir. Yəqin ki, kredit cəlb olunanadək işlərin bir hissəsi görüləcək».
Qeyd edək ki, AİŞ və «Azersun Holding» şirkətləri «Səngəçal-Qaradağ neft və qaz terminalının tikintisi Layihəsi»nin icrası üçün ümumilikdə 55 mln. ABŞ dolları ayırıb. Cəlb olunacaq kredit hesabına isə avadanlıqların alınması, montaj və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur. İlkin olaraq kreditin ayrılması məsələsi Fransanın «Societe Generale», «BNP Paribas», Almaniyanın «Commerzbank» və Türkiyənin «YapıKredi Bank» bankları ilə müzakirə olunub.
Xatırladaq ki, AİŞ-in müəssisəyə investisiya qoyuluşunun məbləği 9 mln. ABŞ dolları təşkil edib. Tərəflər arasında bağlanacaq müqaviləyə uyğun olaraq, investisiya qoyuluşu nəticəsində AİŞ «Sənqəçal-Qaradağ Neft və Qaz Terminalı» QSC-nin nizamnamə kapitalında 25%-lik iştirak payı əldə edəcək.
İnvestisiya layihəsinin əsas məqsədi Qaradağ rayonu ərazisində neft və qaz terminalının inşasından ibarətdir. Həmin terminal vasitəsilə Qara dəniz sahilində yerləşən terminallara, həmçinin Bakı-Tiflis-Ceyhan əsas boru kəməri ilə Ceyhan limanına daşınacaq xam neftin Qazaxıstan və Türkmənistandan qəbulu, habelə Azərbaycan xam neftinin ötürülməsi nəzərdə tutulub. Terminalın həcmi ilkin mərhələdə illik 12 mln. ton (10 mln. ton neft və 2 mln. ton kondensat) nəzərdə tutulur və bu həcmin gələcəkdə 40 mln. tona qədər artırılması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR