Bank Of Baku

Azərbaycan Milli Bankı ölkədə istehlak kreditləşməsinin artmasından narahatdır

Azərbaycan Milli Bankı ölkədə istehlak kreditləşməsinin artmasından narahatdır
# 12 sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) kommersiya banklara istehlak kreditləşməsinə ehtiyatla yanaşmağı tövsiyə edir. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun «APA-Economics»ə verdiyi məlumata görə, mərkəzi bankın bu yanaşması istehlak kreditləri üzrə risklərin yüksək olması ilə bağlıdır.
Qeyd edək ki, hazırda Azərbaycandakı bankların məcmu kredit portfelinin 36,4%-i məhz istehlak kreditlərinin payına düşür və bu fakt AMB-ni narahat etməyə bilməz. E.Rüstəmov vurğulayıb ki, bankların öz kredit portfellərini müddətlər və sahələr üzrə diversifikasiya etməsi olduqca vacibdir.
İstehlak kreditlərinin azaldılması nəticəsində banklarda yarana biləcək artıq likvidlik problemini şərh edən AMB başçısı bildirib ki, burada söhbət istehlak kreditləşməsinin tamamilə dayandırılmasından deyil, banklar tərəfindən risklərin azaldılması (idarə olunması) zəruriliyindən gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR