Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»

Elman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»
# 12 sentyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına kreditləşmənin məhdudlaşdırılmasına dair heç bir göstəriş verməyib. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: «Çünki qanunvericiliklə banklar öz fəaliyyətində azaddır».
Qeyd edək ki, son vaxtlar ölkədəki bank təşkilatları tərəfindən kreditləşmənin dayandırılması barədə məlumatlar yayılır. Bunu şərh edən E.Rüstəmov deyib ki, banklardakı kreditləşmə problemləri müəyyən ödənişlərin vaxtı çatması ilə bağlı yarana bilər. Belə ki, bir sıra bank xarici maliyyə mənbələrindən vəsaitlər cəlb edir və bu öhdəliklər üzrə banklar tərəfindən ödənişlər aparılarkən kreditləşmədə müəyyən müddət ərzində fasilələr yarana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR