Bank Of Baku

Azərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb
# 12 sentyabr 2008 14:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ABA-nın prezidenti Eldar İsmayılov ölkədəki 43 bank və 4 qeyri-bank kredit təşkilatının Assosiasiyaya üzv olduğunu, o cümlədən 17 bank təşkilatının xarici kapitallı olduğunu, 2 yerli bankın isə xaricdə filiallarının fəaliyyət göstərdiyini bildirib.
E.İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi hər iki ölkənin bank assosiasiyaları və bankları arasında əməkdaşlığı genişləndirmək, eyni zamanda Türkiyə banklarının Azərbaycan bazarına çıxışını artırmaqdır: «Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir və ABA bu inkişafın daha da yüksəldilməsində maraqlıdır. Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı ticarətdə əsas məsələ manat-lirə konvertasiyası ilə bağlıdır. Biz bu məsələyə çox ciddi yanaşırıq, yəni konvertasiya mexanizminin işlənib hazırlanması vacibdir».
Türkiyə Banklar Assosiasiyasının baş katibi Ekrem Keskin isə öz növbəsində Türkiyə bank sektorunun vəziyyəti, eyni zamanda son illər bu sahədə əldə olunan nailiyyətlərdən danışıb: «Hazırda Azərbaycanda bir sıra türk bankları fəaliyyət göstərir ki, bu da Azərbaycanla Türkiyə arasında olan iqtisadi əməkdaşlıqdan xəbər verir. Türkiyə banklarından bir neçəsi artıq Azərbaycanda nümayəndəliklərini açmaq niyyətindədir və bu məsələ hələlik danışıqlar mərhələsindədir».
Sonda iki ölkənin bank assosiasiyaları arasında əməkdaşlığa dair saziş imzalanıb. Xatırladaq ki, ABA indiyədək 15 xarici bank assosiasiyası ilə analoji saziş imzalayıb.
Qeyd edək ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR