Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək filiallarının sayını 2 dəfə artıracaq

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək filiallarının sayını 2 dəfə artıracaq
# 12 sentyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) bu ilin oktyabr-noyabr aylarında əlavə 6 filial açmaq niyyətindədir. Bununla da bankın filiallarının ümumi sayı 12-yə çatacaq. «APA-Economics»n məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Hasan İncekara bildirib.
H.İncekaranın sözlərinə görə, yeni filialların 4-ü regionlarda, 2-si isə Bakı şəhərində açılacaq. Belə ki, bölgə filiallarının Sumqayıt şəhəri, habelə Lənkəran, Yevlax və Bərdə rayonlarında açılması planlaşdırılır. Paytaxt filialları isə Mətbuat prospekti və R.Behbudov küçəsində yerləşəcək.
Qeyd edək ki, Bakı filialların artıq sentyabr ayının sonunda açılması nəzərdə tutulub.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» SKB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,121 mln. manat, kredit portfeli 47,819 mln. manat, depozit portfeli 47,853 mln. manat, məcmu kapitalı 19,265 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 5 filialı, 16 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR