Bank Of Baku

Azərbaycanın daha bir bankı qızıl satışına başlayıb

Azərbaycanın daha bir bankı qızıl satışına başlayıb
# 12 sentyabr 2008 15:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC pərakəndə bank məmulatlarının çeşidinin genişləndirilməsi məqsədi ilə fiziki şəxslər üçün qızıl külçələrin satışına başlayıb.
«Xalq Bank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, müştərilərə Avropanın aparıcı zavodlarında istehsal olunmuş 100, 250, 500 və 1000 qramlıq 999,9 əyarlı külçələr təklif olunur. Külçələrin qiyməti «Xalq Bank»ın gündəlik məzənnələri əsasında müəyyən edilir, onların saxlanmasının təhlükəsizliyini təmin etmək üçün müştərilər külçələrini Bankın depozitar seyflərində saxlaya bilər.
Qeyd edək ki, «Xalq Bank» ASC-nin aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 325,693 mln. manat, kredit portfeli 262,105 mln. manat, depozit portfeli 234,426 mln. manat, məcmu kapitalı 41,885 mln. manat, nizamnamə kapitalı 53,550 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR