Azərbaycan Banklar Assosiasiyasının nəzdində 6 ekspert qrupu yaradılıb

Azərbaycan Banklar Assosiasiyasının nəzdində 6 ekspert qrupu yaradılıb
# 12 sentyabr 2008 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində artıq 6 ekspert qrupu yaradılıb.
ABA-nın prezidenti Eldar İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, qruplar üzv bankların nümayəndələrindən yaradılıb və hər qrupda 3-4 nəfər işləyir. Bunlar ipoteka, hüquqi məsələlər və digər bank fəaliyyəti üzrə olan qruplardır: «Qrupların yaradılmasında əsas məqsəd müxtəlif bankların ekspert nümayəndələrini bir arada toplamaq, iclaslar təşkil etmək, təhlil aparmaqdır. Artıq qrupların bir neçə iclası təşkil olunub».
Qeyd edək ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 43 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR