Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb

Azərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb
# 13 sentyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki və hüquqi şəxslərə göstərilən bank xidmətlərinin tariflərini aşağı salıb. ABB-dən «APA-Economics»ə verilən məlumata görə, nağd vəsait üzrə əməliyyatlar, valyuta mübadiləsi, pul köçürmələri, plastik kartlar və digər xidmətlər üzrə tariflər əhəmiyyətli dərəcədə azaldılıb. Bundan başqa, ABB-da xarici və beynəlxalq humanitar, diplomatik və kredit təşkilatları üçün spesifik tariflər sistemi mövcuddur. Bankın rəhbərliyi tarifləri müştərilərin sayı əhəmiyyətli dərəcədə artdığına görə azaldıb. Belə ki, bu ilin avqustun 1-nə olan məlumata görə, ABB-nın hüquqi şəxs şəklində müştərilərinin sayı 39 minə yaxın, fiziki şəxslər şəklində isə 640 minə yaxın olub.

Fiziki şəxslər üçün aşağı salınmış tarifləri «Visa Electron» və ya «Maestro» plastik kartlarının illik xidməti 10 manatadək, «Visa Gold» və «MasterCard Gold» plastik kartlarının illik xidməti isə 75 manatadək endirilib. Pul köçürmələrində (ABB-Moskva və ABB-Gürcüstan bankları vasitəsilə) isə faiz dərəcəsi 0,5%-dən 0,25%-dək aşağı salınıb.

Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin (Maliyyə Nazirliyi) iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR