Bank Of Baku

«Azər-Türk Bank» gələn il 10 yeni filial açmaq niyyətindədir

«Azər-Türk Bank» gələn il 10 yeni filial açmaq niyyətindədir
# 15 sentyabr 2008 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il üçün hazırladığı strateji planına uyğun olaraq respublika üzrə 10 yeni filial açmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Mehmet Sami Acarözmən bildirib.
M.Acarözmənin sözlərinə görə, artıq bankın Müşahidə Şurası yeni filialların açılması ilə bağlı qərar qəbul edib: «Filialların 5-i Bakıda, digərləri isə regionlarda açılacaq. Regional filiallar əsasən iqtisadi cəhətdən inkişaf etmiş rayonlarda - Xaçmaz, Lənkəran, Quba, Zaqatala və Şəkidə istifadəyə veriləcək».
Hazırda bankın respublika üzrə 2 filialı (Bakı və Gəncə şəhərlərində) fəaliyyət göstərir.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir.
Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 37,463 mln. manat, kredit portfeli 26,133 mln. manat, depozit portfeli 22,936 mln. manat, məcmu kapitalı 11,258 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR