Bank Of Baku

«Bank Respublika» yanvar-avqust aylarında aktivləri 57% artırıb

«Bank Respublika» yanvar-avqust aylarında aktivləri 57% artırıb
# 15 sentyabr 2008 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivləri bu ilin yanvar-avqust ayları ərzində 57,4% artaraq sentyabr ayının 1-nə 398,5 mln. manat təşkil edib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi isə 70,6% artaraq 271,7 mln. manata çatıb, müştəri depozitləri 29,1% artıb və 143,97 mln. manatı keçib, o cümlədən əhalinin əmanətlərinin həcmi isə 31,7% artaraq 69 mln. manat olub.
Cari ilin yanvar-avqust ayları ərzində «Bank Respublika»nın məcmu kapitalı 95,8% artaraq 46,3 mln. manata çatıb, o cümlədən nizamnamə kapitalı 22,58 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində «Bank Respublika»nın gəlirləri 37,2 mln. manat, xərcləri isə 28,24 mln. manat təşkil edib. Nəticədə, bank 8,96 mln. manat həcmində mənfəət əldə edib.
Qeyd edək ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelin 28-dən bankın kapitalında «25%+1 səhm» iştirak payına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR