Bank Of Baku

«Azərdəmiryolbank» yaxın günlərdə yeni regional filial açacaq

«Azərdəmiryolbank» yaxın günlərdə yeni regional filial açacaq
# 15 sentyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» ASC yaxın günlərdə Sabirabad rayonunda yeni regional filialını açacaq.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, filialın açılması üçün artıq mərkəzi bankından lisenziya alınıb. Yeni bölmə müştərilərə tam çeşiddə bank xidmətləri göstərəcək, o cümlədən kreditlər verəcək, pul köçürmələri və kommunal ödənişləri həyata keçirəcək, depozitlər qəbul edəcək, plastik kartlara xidmət göstərəcək. Bankın Sabirabad filialı rayon mərkəzinin Azərbaycan pr-ti,96 ünvanında yerləşir.
Cari ilin sonunadək bank həmçinin Bərdə və Masallı rayonlarında filial açmağı planlaşdırır.
Qeyd edək ki, hazırda «Azərdəmiryolbank» müştərilərinə 27 filial və şöbə vasitəsilə xidmət göstərir. Bunların 15-i respublikanın bölgələrində yerləşir.
Xatırladaq ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Bu ilin sentyabr ayının 1-nə bankın aktivləri 208,47 mln. manat, kredit portfeli 172,27 mln. manat, depozit portfeli 51,59 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, nizamnamə kapitalı isə 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR